Qıdıqlanmaq insanı öldürə bilərmi?


Digərləri 20 Apr 2019 16:06:00 276 0

Qıdıqlanmaq insanı öldürə bilərmi?

İnsan üçün ən xoş və əhval yüksəldən səs gülüş səsidir. Təbii, gülüşdən əlavə insanlar bəzən qarşısındakını qıdıq vasitəsilə güldürməyə çalışırlar. Xüsusilə valideynlər uşaqlarını güldürmək üçün qıdıqlayırlar.

Bəs qıdığa nə səbəb olur? Qıdıq təkcə gülüş üçündürmü? Qıdıqdan ölmək mümkündürmü?

Son.az Axar.az-a istinadən nevropatoloq Qabil Əsədovun qıdıqla bağlı maraqlı fikirlərini təqdim edir:

Qıdıq yalnız gülüş doğurur?

Qıdıq həm də bizə münasibətlər qurmağa yardım edir. Hələ Çarlz Darvin qeyd edirdi ki, qıdıq sosial yaxınlaşma mexanizmidir. O, ana və uşaq arasında ünsiyyətin ilk formalarından biridir.

Niyə özümüzü qıdıqlaya bilmirik?

Əgər başqa insanın bizə toxunması qıdığa gətirib çıxara bilərsə, niyə biz özümüzü qıdıqlaya bilmirik? Beynimiz gözlənilən toxunma ilə gözlənilməz toxunmanı ayıra bilir və bu qıdıqda reaksiyasını boğur. Nə vaxt ki, biz özümüzü qıdıqlamağa çalışırıq, beyin bunu qabaqcadan düşünür və qıdığa hazır olur.

Ən həssas yerlər

Ayaq altı və qoltuq altı bizim bədənimizdə iki ən həssas yer hesab edilir. Bundan başqa, qıdığa həssas yerlərdən biri də boyundur.

Qoltuq altı nahiyədən vena və arteriya keçir və o, ürəyə maneəsiz daxil olur. Boyun da həmçinin insan bədənində iki əhəmiyyətli arteriyanı özündə saxlayır ki, bunlar da beyini qanla təchiz edirlər. Ağciyərlərə havanı daşıyan orqan olan traxeya da boyun nahiyəsində yerləşir. Bizi qıdıqlayan zaman yaranan qıdıqlanma hissi qoruyucu mexanizmdir ki, bizi təlaşa düşməyə məcbur edir, bu da həşərat, böcək və sürünənkimilərin bizə toxunması vaxtı qoruyucu hisslərin artmasına kömək olur.