İmişlidə işəgötürənlər əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı məlumatlandırılıb


Digərləri 20 Apr 2019 15:46:00 238 0

İmişlidə işəgötürənlər əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı məlumatlandırılıb

Dövlət Əmək Müfəttişliyi Xidməti İmişli rayonunda işəgötürənlər üçün maarifləndirmə tədbiri keçirib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti İmişli rayonunda İmişli, Sabirabad, Saatlı, Beyləqan, Füzuli rayonlarının işəgötürənləri üçün “Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirmə tədbiri keçirib. ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, tədbirdə həmkarlar təşkilatlarının, ƏƏSMN-nin yerli bölmələrinin məsul şəxsləri, Vergilər Nazirliyinin nümayəndəsi də iştirak ediblər. Əmək münasibətlərinin rəsmiləşdirilməsi proseduru, əmək müqaviləsinin məzmunu və quruluşu, forması, bu müqavilənin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası, müddətli əmək müqaviləsi bağlanan hallar və s. barədə işəgötürənlərə ətraflı məlumat verilib. Əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları da diqqətə çatdırılıb.