Ölkə ərazisində müşahidə olunan faktiki HAVA


Digərləri 20 Apr 2019 14:07:00 211 0

Ölkə ərazisində müşahidə olunan faktiki HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosu aprelin 19-u gündüzdən 20-si səhərədək müşahidə olunmuş faktiki hava şəraitini açıqlayıb.

Bürodan Son.az-a verilən məlumata görə, aprelin 19-u gündüzdən 20-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam etmiş, bəzi yerlərdə şimşək çaxmış, yağış yağmış, ayrı-ayrı yerlərində leysan xarakterli intensiv olmuş, dağlıq və dağətəyi rayonlarda qar yağmışdır. Respublikanın əksər çaylarında yağan leysan xarakterli intensiv yağışla əlaqədar çaylarda sululuq artmış və hal-hazırda artım davam edir.

Səhər saatlarına olan məlumata əsasən Böyük Qafqazın bəzi yerlərində: Şəki, İsmayıllı, Oğuz, Qəbələ, Sarıbaş (Qax), Əlibəy (Zaqatala), Quba, Xınalıq, Altıağac, Xaltan, Qırız, Qusaryasaq, Şamaxıda, Naxçıvan MR-nın bəzi yerlərində: Ordubad, Paraqa, Nurgüt (Ordubad), Biçənək, Batabat, Kükü (Şahbuz), Ərəfsədə (Culfa) hal-hazırda qarın yağması davam edir. Ölkə ərazisində qeyri-sabit hava şəraitinin aprelin 24-dək davam edəcəyi, fasilələrlə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında: 0-2 mm;

Böyük Qafqazda: 3-18 mm;

Naxçıvan MR-da: 4-23 mm, Nürgütdə (Ordubad) 30.0 mm;

Qazax-Gəncə zonasında: 3-15 mm;