Ölkə ərazidində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb


Digərləri 20 Apr 2019 14:01:00 200 1

Ölkə ərazidində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosu aprelin 19-u gündüzdən 20-si səhərədək müşahidə olunmuş faktiki hava şəraitini açıqlayıb.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosu aprelin 19-u gündüzdən 20-si səhərədək müşahidə olunmuş faktiki hava şəraitini açıqlayıb. Bürodan Trend-ə verilən məlumata görə, aprelin 19-u gündüzdən 20-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, ayrı-ayrı yerlərində leysan xarakterli intensiv olmuş, dağlıq və dağətəyi rayonlarda qar yağıb. Respublikanın əksər çaylarında yağan leysan xarakterli intensiv yağışla əlaqədar çaylarda sululuq artmış və hal-hazırda artım davam edir. Səhər saatlarına olan məlumata əsasən Böyük Qafqazın bəzi yerlərində: Şəki, İsmayıllı, Oğuz, Qəbələ, Sarıbaş (Qax), Əlibəy (Zaqatala), Quba, Xınalıq, Altıağac, Xaltan, Qırız, Qusaryasaq, Şamaxıda, Naxçıvan MR-nın bəzi yerlərində: Ordubad, Paraqa, Nurgüt (Ordubad), Biçənək, Batabat, Kükü (Şahbuz), Ərəfsədə (Culfa) hal-hazırda qarın yağması davam edir. Ölkə ərazisində qeyri-sabit hava şəraitinin aprelin 24-dək davam edəcəyi, fasilələrlə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında 0-2 mm; Böyük Qafqazda: 3-18 mm; Naxçıvan MR-da: 4-23 mm, Nürgütdə (Ordubad) 30.0 mm;