Əli Əhmədovun iştirakı ilə Şəkidə regional müşavirə keçirilir


Siyasət 20 Apr 2019 13:59:00 270 0

Əli Əhmədovun iştirakı ilə Şəkidə regional müşavirə keçirilir

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstəsi qoyub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu gün Şəki şəhərində "Uğurlu sosial siyasətin yeni hədəfləri" mövzusunda regional müşavirə keçirilir.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov və Milli Məclisin bir qrup deputatı müşavirədə iştirak edir.


Xəbərə aid fotolar