ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü barədə


Digərləri 20 Apr 2019 13:41:00 191 0

ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü barədə

Mən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçiriləcək növbəti görüşünü səbrsizliklə gözləyirəm

Bakı. Ləman Zeynalova - Mən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçiriləcək növbəti görüşünü səbrsizliklə gözləyirəm. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Bakıda "Alumni Fair" təhsil sərgisi zamanı deyib. Qeyd edək ki, ABŞ Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliyi (XİN) rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşünü Vaşinqtonda keçirməyi təklif edib. Görüş təklifi barədə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bildirib: "Dünən ABŞ tərəfindən Vaşinqtona səfər etmək təklifi aldıq, burada da Dövlət katibi bu münaqişənin nizamlanmasına nail olmaq yolunda öz təkliflərini səsləndirəcək". xəbər yenilənəcək Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin