Tamaşaçı: “AGF Junior Trophy” beynəlxalq turniri yüksək səviyyədə keçir


Digərləri 20 Apr 2019 13:13:36 209 0

Tamaşaçı: “AGF Junior Trophy” beynəlxalq turniri yüksək səviyyədə keçir

Bədii gimnastika üzrə 2-ci “AGF Junior Trophy” yarışı yüksək səviyyədə keçir

Bakı. Cani Babayeva - Bədii gimnastika üzrə 2-ci “AGF Junior Trophy” yarışı yüksək səviyyədə keçir. Bunu Trend-ə turnirin tamaşaçısı Səbinə Nağıyeva deyib. O, bu idman növünü sevdiyini və qızını bədii gimnastikaya qoyduğunu bildirib: “İstərdim ki, qızım bu idman növündə nailiyyət qazansın və beynəlxalq yarışlarda iştirak etsin. Azərbaycanlı gimnastlara bu yarışda qələbə arzulayıram, onlar öz qətiyyəti ilə buna layiqdir”. Səbinə Nağıyevanın qızı Məryəm isə Milli Gimnastika Arenasına ilk dəfə gəldiyini və yarışlara maraqla baxdığını bildirib. Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci "AGF Junior Trophy" beynəlxalq turnirinə start verilib.