Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb


Digərləri 20 Apr 2019 11:34:00 275 0

Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi işləri davam etdirilir.

Belə ki, cari ilin əvvəlindən tətbiqinə başlanan avtomatlaşdırılmış pensiya təyinatı sisteminin texniki imkanları artırılmaqla, əlilliyə görə pensiya təyinatlarının da elektron sistem üzərindən həyata keçirilməsinə başlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbsindən Son.az-a verlən məlumata görə, yaşa görə pensiya təyinatı kimi, əlilliyə görə pensiya təyinatı da artıq heç bir yerə müraciət olunmadan və sənəd təqdim edilmədən elektron qaydada təyin olunur.