Bu günün havası Yağış davam edəcək...


Digərləri 20 Apr 2019 10:04:00 214 0

Bu günün havası  Yağış davam edəcək...

Bu gün ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi proqnozlaşdırılıb.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağış gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında 8-12, Bakıda 9-11 dərəcə isti təşkil edəcək.