Futbol azarkeşlərini daşıyan avtobus yük maşını ilə toqquşdu


Dünya 20 Apr 2019 09:34:00 213 0

Futbol azarkeşlərini daşıyan avtobus yük maşını ilə toqquşdu

Türkiyədə "Bursaspor" futbol klubunun azarkeşlərini daşıyan avtobus yük maşını ilə toqquşub.

Son.az Trend-ə istinadən xəbər verir ki, Kocaəli əyalətində baş verən qəza nəticəsində avtobusun 7 sərnişini xəsarət alıb.

Məlumata əsasən, hadisə yerinə təcili yardım və xilasetmə briqadaları cəlb edilib. Xəsarət alanlar ilkin tibbi yardım göstərildikdən sonra, onlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.