Beynəlxalq Muğam Mərkəzində tələbələrin konserti olub (FOTO)


Digərləri 20 Apr 2019 04:49:00 183 0

Beynəlxalq Muğam Mərkəzində tələbələrin konserti olub (FOTO)

“Xalq çalğı alətləri ifaçılığı” kafedrası tələbələrinin konsert proqramı təqdim edilib.

Bakı. Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsinin “Xalq çalğı alətləri ifaçılığı” kafedrası tələbələrinin konsert proqramı təqdim edilib. Trend-in məlumatına görə, tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə "Yeni nəsil dəvət edir" layihəsi çərçivəsində həyata keçirilib. Konsert Xalq artisti, professor Zamiq Əliyevin bədii rəhbərliyi altında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətləri ansamblının “Bayatı-Şiraz” dəramətinin ifası ilə başlanıb.