IV Buktreyler Festivalında Münsiflər Heyətinin tərkibi açıqlanıb


Digərləri 20 Apr 2019 02:57:00 219 0

IV Buktreyler Festivalında Münsiflər Heyətinin tərkibi açıqlanıb

Kitabı tanıdın, kitabla tanının!

Bakı. IV Buktreyler Festivalının Münsiflər Heyəti artıq öz işini başa çatdırıb. Bu barədə Trend-ə Bukteyler Festivalının təsisçisi və direktoru, kinoaktyor Ruslan Sabirli bu barədə məlumat verib. O bildirib ki, artıq Münsiflər Heyətinin üzvləri səsverməni başa çatdırıblar: "Hal-hazırda Təşkilat Komitəsi balların cəmlənməsi ilə məşğuldur. İctimaiyyətə məlumdur ki, festivalın nəticələrinin obyektivliyinin qorumaq məqsədilə onların adı yalnız səsvermədən sonra açıqlanır. Odur ki, artıq festivalın saytında Münsiflər Heyətinin tərkibi açıqlanıb. Obyektivliyi qorumaq məqsədilə Münsiflər Heyətinin üzvlərinin adları səsvermədən sonra açıqlanır və onların adları artıq festivalın saytında qeyd edilib. Həmçinin, onu da qeyd etmək istəyirəm ki, Münsiflər Heyəti səsverməni birlikdə toplaşaraq deyil, ayrı-ayrılıqda, yəni, bir-birlərindən xəbərsiz səs verməklə həyata keçiriblər ki, bu da nəticələrin daha da obyektiv olmasını təmin edir. Hər bir iştirakçıya uğurlar arzulayıram!” IV Buktreyler Festivalının Münsiflər Heyəti: Şeyx Əbdül (Kinorejissor, ssenarist və aktyor, Azərbaycanın Xalq artisti), Orxan Fikrətoğlu (Yazıçı, ssenarist, rejissor, jurnalist, Azərbaycanın Əməkdar incəsənət xadimi), Gülzar Qurbanova (Teatr və kino aktrisası, Azərbaycanın Əməkdar artisti), Məlahət Abbasova (Aktrisa,Azərbaycanın Əməkdar artisti), Günel Anarqızı (Yazıçı, publisist və jurnalist, türkoloq, Azərbaycan Yazıçılar Birliyinin üzvü), Ruslan Sabirli (Kinoaktyor, prodüser, Bukteyler Festivalının təsisçisi və direktoru) Xatırladaq ki, Festival qaliblərini 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1.000, 800 (hərəsi) və 500 (hərəsi) AZN, “Ən yaxşı mobil buktreyler” nominasiyası üzrə isə 1.000 AZN pul mükafatları gözləyir. Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya treylerdir.