Yunanıstan Almaniyanın vurduğu ziyanın məbləğini təkrar hesablayıb


Digərləri 19 Apr 2019 23:50:00 248 0

Yunanıstan Almaniyanın vurduğu ziyanın məbləğini təkrar hesablayıb

Yunanıstan parlamenti hökümətə Berlindən yeni ödəmələri tələb etməyə icazə verdi.

Son.az insider.az-a istinadən bildirir ki, söhbət İkinci Dünya müharibəsi illərində ölkəyə dəymiş ziyana görə təzminatdan gedir.

Afina-Makedoniya xəbər agentliyinin bildirdiyinə görə, qərarı deputatların əksəriyyəti dəstəkləyib. Səsvermə başlamamışdan əvvəl isə onların qarşısında baş nazir çıxış edib. Aleksis Tsipras xatırladıb ki, şifahi olaraq məsələ 20 ildən çox müzakirə olunur və tələblərin yazılı şəkildə tərtib edilməsinin vaxtı yetişib, çünki bu, "tarixi və mənəvi borcdur".