“Instagram” gəncləri ev almağa məcbur edir


Digərləri 19 Apr 2019 23:20:00 279 0

“Instagram” gəncləri ev almağa məcbur edir

"Instagram" sosial şəbəkəsi rieltor işində olduqca güclü alətə çevrilib. Gözəl şəkillər, filtr və hətta virtual turlar sayəsində rieltorlar əmlak satınalması barədə düşünməyən gənclərə ev satır.

Son.az fed.az-a istinadən bildirir ki, "Bank of America"-nın keçirdiyi sorğuda iştirak etmiş respondentlərin üçdə biri etiraf edib ki, onlar "Instagram"-da gözəl şəkillərə baxaraq, belə nəticəyə gəlirlər ki, əgər həmyaşıdları özlərinə ev ala bilirsə, demək, onlar da bunu edə bilərlər.

Müasir smartfonlar daşınmaz əmakın keyfiyyətli foto və videolarını çəkə bilir. Bundan isə rieltorlar faydalanır. Təkliflərin rahat tapılması üçün də heşteqlərdən istifadə edirlər. "Forbes" yazır ki, satıcılar hər otağı nümayiş etdirir, canlı yayımda potensial alıcılar da onların marağına səbəb olan obyektlərə ətraflı baxış keçirə bilirlər.