Tovuzda iki avtomobil toqquşdu Xəsarət alan var


Digərləri 19 Apr 2019 23:19:00 182 0

Tovuzda iki avtomobil toqquşdu  Xəsarət alan var

Tovuzda xəsarətlə nəticələnən yol məqliyyat hadisəsi baş verib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Heydər Əliyev prospekti ilə hərəkət edən "Mercedes" və "VAZ-21011" markalı avtomobillər toqquşub.

Nəticədə Aşağı Quşçu kənd sakini, 1958-ci il təvəllüdlü Bağırov Fəxrəddin Əşrəf oğlu xəsarətlər alıb. Xəstəxanaya yerləşdirilən yaralıya tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.


Xəbərə aid fotolar