Poroşenko ilə Zelenskinin debatı baş tutdu


Dünya 19 Apr 2019 22:33:00 259 0

Poroşenko ilə Zelenskinin debatı baş tutdu

Kievin "Olimpiyskiy" stadionunda prezidentliyə namizədlər Petro Poroşernko ilə Vladimir Zelenskinin debatları başlayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, debatları izləmək üçün stadiona 22 minə yaxın adam toplaşıb.  Təhlükəsizliyi 10 min polisin qoruduğu bildirilir.

Debat qarşılıqlı ittihamlar şəraitində başlayıb. Zelenski seçkilərə qatılmasının səbəbi kimi Poroşenkonun səhvlərindən və gerçəkləşməyən vədlərindən danışıb.

"Mən siyasətçi deyiləm. Mən bu sistemi sındırmaq üçün xalq içindən gələn sadə adamam. Mən etiraf edirəm, keçən dəfəki prezident seçkilərində sizə səs vermişəm. Lakin bu böyük səhv idi ", - deyə Zelenski bildirib.

Poroşenkoda opponentini "diletant" adlandıraraq "Pan Vladimir, siz azarkeş pilotun idarə etdiyi təyyarəyə minməyə cürət edərsinizmi?", - deyə istehza edib.