Gürcüstan prezidenti administrasiyasının rəhbəri istefaya gedəcək


Dünya 19 Apr 2019 22:11:00 215 0

Gürcüstan prezidenti administrasiyasının rəhbəri istefaya gedəcək

Gürcüstan prezidenti administrasiyasının rəhbəri Laşa Jvaniya istefaya gedəcək.

Son.az Trend-ə istinadən bildirir ki, L.Jvaniya bu barədə öz "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, o, bu barədə mart ayında prezidentə müraciət edib və mayın 1-i öz vəzifəsini tərk edəcək.