Facebook özünün səsli köməkçisini yaradır


Digərləri 19 Apr 2019 22:20:00 236 0

Facebook özünün səsli köməkçisini yaradır

CNBC saytının mənbələri Facebook şirkətinin Alexa, Siri və Google Assistant kimi səsli köməkçilər ilə rəqabət aparmaq planlarından danışıblar. Bu barədə Vc.ru saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Facebook şirkətinin özünün səsli köməkçisi üzərində çalışması barəsində məlumat hələ 2017-ci ildə yayılmışdı.

Son.az technote.az-a istinadən bildirir ki, Facebook şirkətinin səsli köməkçisi üzərində şirkətin uzunmüddətli texniki layihələri və cihazları ilə məşğul olan şöbə 2018-ci ildən bəri çalışır. Həmin şöbə həmçinin Oculu VR eynəkləri ilə də məşğul olur. Şikrətin bu layihəsinə AR/VR ilə Facebook Assistant şöbələrinin rəhbəri Ira Snyder rəhbərlik edir.