Özünü öldürmə, zəng et, dəstək al! – Psixi


Digərləri 19 Apr 2019 22:05:00 238 0

Özünü öldürmə, zəng et, dəstək al! – Psixi

Son zamanlar hər gün eşidilən intihar hadisələri, insanların, xüsusən gənclərin psixoloji möhkəmliyinin müxtəlif səbəblərdən pozulması, gənclərin çıxış yolunu özünəqəsddə görməsi cəmiyyətdə psixi sağlamlığın  ciddi təhlükə altında olduğunu göstərir.  

Müxtəlif dövlət qurumları, mütəxəssislər və ictimai siyasi xadimlər artıq ciddi tədbirlər görülməsinin labüdlüyü barədə çıxışlar edir. Məktəblərdə psixoloji təzyiqə məruz qalan şağirdlərin müraciət etməsi üçün Təhsil Nazirliyi də qaynar xəttin açılacağı barədə elan verib. Azərbaycanda Səhiyyə Nazirliyinin nəzdində Psixi Sağlamlıq Mərkəzinin "Qaynar xətt"i artıq bir neçə ildir ki, bu missiyanı icra edir.

Sadəcə bu mərkəz haqqında cəmiyyətdə geniş təbliğat aparılmadığı, "Qaynar xətt" nömrələri kifayət qədər tanıdılmadığı üçün insanlar çıxılmaz durumlarda və intihar öncəsi müraciət  üçün hara, kimə üz tutacaqlarını bilmir.

Son.az medicina.az-a istinadən bildirir ki, Səhiyyə Nazirliyi yanında Psixi sağlamlıq mərkəzinin 2 Qaynar Xətti mövcuddur: 012  566 50 61 ;  012 409 39 28  şəhər nömrələri hər kəsin zənginə açıqdır. 409-39-28 nömrəsi isə 24 saat fasiləsiz çalışır.

Mərkəzin direktoru, professor, psixiatr Fuad İsmayılov Medicina.az-a açıqlamasında bildirib ki, illərdir mərkəz müxtəlif psixi sağlamlıqla bağlı zəngləri qəbul edir. Eləcə də mərkəzdə psixoloq və psixiatrlar tərəfindən müxtəlif psixi problemlərin müalicəsi aparılır:   "Qaynar xəttimizə istənilən yaş həddində olan Azərbaycan vətəndaşı zəng edə bilər. Zənglərə peşəkar psixiatr və psixoloqlar cavab verir. Ən çox gənclər zəng edir, onların da problemi sevgi münasibətləri, ayrılıq, şəxsi məsələlər olur. Çox zaman oğlanlar, qızlar zəng edib, ağlayaraq sevdiyi insandan ayrıldığı üçün əzab çəkdiyini, həyatdan küsdüyünü bildirir.

Amma intihar etməyə hazırlaşan, intihar edəcəyini bildirən şəxslər tərəfindən zənglər olmayıb. Bilirsiniz, psixoloji durumu kritik olan insan heç vaxt zəng edib qəfildən demir ki, özümü öldürmək istəyirəm.