“Google Play” və “App Store” Hindistanda “TikTok”u bloklayıblar


Digərləri 19 Apr 2019 21:50:00 231 0

“Google Play” və “App Store” Hindistanda “TikTok”u bloklayıblar

"Google" Hindistanda öz tətbiq mağazasındakı "TikTok" videoservisinə girişi bloklayıb.

Son.az insider.az-a istinadən bildirir ki, 2019-cu il aprelin 3-ü Hindistanın Madras ali məhkəməsi hökümətdən qeyri-leqal kontentə, həmçinin uşaq pornoqrafiyasına görə "TikTok" tətbiq yükləməsinin ölkədə qadağa edilməsini istəyib.

"TikTok"-un sahibi olan Çinin "ByteDance" şirkəti qadağanın şirkətə ziyan vurduğu və Hindistanda söz azadlığına zidd olduğunu bəyan edərək qadağaya qarşı çıxıb. "TikTok" işi üzrə növbəti məhkəmə dinləməsi 2019-cu ilin aprelin 24-nə təyin olunub.

Yerli hakimiyyət məhkəmə qərarının icra olunması istəyi ilə bağlı məktubu artıq "Apple" və "Google"-a göndərib. Çərşənbə axşamı günü "TikTok" servisi "Google Play"-dən silinmişdi. Aprelin 17-si isə "Apple" da tətbiqi "App Store"-dan sildi.

"Google" bildirdi ki, onlayn-mağazalardakı ayrı tətbiqlərlə bağlı vəziyyəti şərh etmirlər və yerli qanunlara riayət etdiklərini vurğulayıblar. "Apple" isə ümumiyyətlə şərh verməkdən imtina edib.