Mixail Qorbaçov İndoneziyada keçirilən seçkilərdə məğlub olub


Digərləri 19 Apr 2019 21:37:00 190 0

Mixail Qorbaçov İndoneziyada keçirilən seçkilərdə məğlub olub

İndoneziyalı ekoloq və siyasətçi Mixail Qorbaçov Dom aprelin 17-də keçirilmiş parlament seçkilərində təmsil etdiyi siyasi partiya ilə birlikdə məğlub olub. Lakin o, siyasi fəaliyyətini davam etdirəcəyini bildirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 32 yaşlı Mixail Qorbaçov 2024-cü ilin parlament seçkilərində də namizədliyini irəli sürəcəyini bildirib. O, İndoneziya Həmrəylik Partiyasının üzvüdür.

Rusiya mətbuatının bu gənc siyasətçiyə böyük maraq göstərməsi isə onun adı ilə əlaqədardır. Belə ki, ötən əsrin 1980-ci illərinin sonunda dünyaya gələn siyasətçinin valideynləri ona həmin vaxt siyasətdə populyar olan SSRİ-nin son prezidenti Mixali Qorbaçovun adını qoyublar. Onun familiyası isə Domdur.