Alibabanın təsisçisi Cek Ma 12 saatlıq işin lehinə danışdı


Digərləri 19 Apr 2019 21:15:00 221 0

Alibabanın təsisçisi Cek Ma 12 saatlıq işin lehinə danışdı

Alibaba Group-un təsisçisi və milyarder Cek Ma bir çox Çin internet-şirkətlərdə geniş yayılmış olan ştatdankənar vaxt ilə işləməyin lehinə danışdı.

Biznesmen öz mövqeyini Alibaba-nın işçiləri ilə görüşdə ifadə etdi. Görüşün stenoqramması şirkətin rəsmi WeChat hesabında da paylaşılıb.

Mən hesab edirəm ki, səhər doqquzdan axşam doqquza qədər işləmək imkanı çox xeyirlidir. Hazırki zamanda hər kəs müvəffəqiyyətli olmaq arzununu qurur. Hər kəs yaxşı həyatının olmasını və geniş kütlə qarşısında hörmətə sahib olmaq istəyir. Lakin, icazənizlə sual edirəm, siz bunun üçün digərlərindən daha çox zaman və enerji sərf etmədən necə bu məqsədə çatacaqsınız?

Son.az technote.az-a istinadən bildirir ki, Ma əlavə etdi ki, "Alibaba-da işləmək istəyənlər 12 saatlıq işə hazır olmalıdırlar. Bizə komfort səkkiz saatlıq işə ümid edənlər lazım deyil" - Alibaba-ya aid olan South China Morning Post sitat gətirir.