Facebook özünün səsli köməkçisini yaradır


Digərləri 19 Apr 2019 20:29:00 216 0

Facebook özünün səsli köməkçisini yaradır

CNBC saytının mənbələri Facebook şirkətinin Alexa, Siri və Google Assistant kimi səsli köməkçilər ilə rəqabət aparmaq planlarından danışıblar.

Son.az Technote-a istinadən xəbər verir ki, Facebook şirkətinin özünün səsli köməkçisi üzərində çalışması barəsində məlumat hələ 2017-ci ildə yayılmışdı.

Ortaya çıxmış yeni məlumata əsasən Facebook şirkətinin səsli köməkçisi üzərində şirkətin uzunmüddətli texniki layihələri və cihazları ilə məşğul olan şöbə 2018-ci ildən bəri çalışır. Həmin şöbə həmçinin Oculu VReynəkləri ilə də məşğul olur. Şikrətin bu layihəsinə AR/VR ilə Facebook Assistant şöbələrinin rəhbəri Ira Snyderrəhbərlik edir.