Bu geyimlər insanda XƏRÇƏNG YARADIR


Digərləri 19 Apr 2019 20:14:00 253 0

Bu geyimlər insanda XƏRÇƏNG YARADIR

Hər gün istifadə etdiyimiz rəngli və şəkilli geyimlər beynəlxalq standartlara cavab vermirsə, parçanın istehsalında istifadə edilən kimyəvi maddələr bir çox xəstəliyə, hətta xərçəngə belə səbəb ola bilər.

Son.az Publika.az-a istinadən xəbər verir ki, türkiyəli ekspert Metin Özer geyimlərdəki kimyəvi maddələr sağlamlıq üçün zərərlərindən danışıb:

"Geyimlərdəki toksinlərin birbaşa sağlamlıq problemləri ilə əlaqəsini göstərən qəti dəlillər tapmaq çətin olsa da, tədqiqatlar həyəcan təbili çalır. Bütün gün bu kimyəvi maddələrlə işləyən fəhlələrdə xərçəng xəstəliyi yaranması ehtimalı olduqca yüksəkdir. Bu kimyəvi maddələr qısa müddətdə allergik reaksiyaya gətirib çıxarır.

Bu nəticələr o demək deyil ki, ən sevdiyiniz köynəyiniz sizdə xərçəng yaradır. Hər halda çoxları üçün geyimlərdə kimyəvi maddələrin istifadə səbəbləri maraq doğrur. Məsələn, geyimlərin qırışmaması üçün tətbiq olunan formaldehit göz və burun yanmasına, eləcə də dəridə allergik reaksiyalara yol açır".

Bəs bütün bu toksinlər nədir və hansı parçalarda olur?

Mütəxəssis kimyəvi maddələrin geyim sənayesində istifadə səbəblərini belə açıqlayıb:

"Azo - geyimləri, dəri və parçaları rəngləndirmək üçün çox geniş istifadə edilən boyalardır. Bu boyaların təsirinə müntəzəm olaraq məruz qalan zavod fəhlələri arasında sidik kisəsi xərçənginin yaranması riski yüksəkdir. Onun tərkibində ammonyakdan əldə edilən komponent çox zərərlidir. Bu boyanın deyil, təbii boyaların istifadə edildiyi məhsullara üstünlük verilməlidir.

Akril parçalarda CDC adlanan dimetilformamid olur. Dəriyə birbaşa təması qaraciyər problemləri və başqa fəsadlara yol açır.