Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi olmadan ölkənin gimnastikada əldə etdiyi uğurlar mümkün olmazdı - Mariana Vasileva


Digərləri 19 Apr 2019 19:31:07 222 0

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi olmadan ölkənin gimnastikada əldə etdiyi uğurlar mümkün olmazdı - Mariana Vasileva

Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi olmadan ölkənin gimnastikada əldə etdiyi uğurlar mümkün olmazdı.

Bakı. Cani Babayeva - Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi olmadan ölkənin gimnastikada əldə etdiyi uğurlar mümkün olmazdı. Bunu Trend-ə bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib. Baş məşqçi bildirib ki, Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra ölkədə bu idman növü fəal inkişaf etməyə başlayıb: “Təkcə Milli Gimnastika Arenası tikilməyib, eyni zamanda klublarda da məşqlər üçün şərait yaradılıb, regionlarda bədii gimnastika üzrə 17 şöbə açılıb”.