Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin


Digərləri 19 Apr 2019 19:27:00 249 0

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin

Dövlət İmtahan Mərkəzi (DİM) ilk dəfə olaraq xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün "Xüsusi qabiliyyət imtahanları" jurnalının 2019-cu il 1 ci nömrəsini çap edib.

DİM-dən Son.az-a verilən məlumata görə, "Abituriyent" jurnalının xüsusi buraxılışı olan bu jurnalda ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yığcam xarakteristikası, ixtisaslar üzrə kadr hazırlığı aparan təhsil müəssisələri haqqında məlumatlar, bu ixtisaslar üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məs­lə­hətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, norma­tivlər, bir sözlə, burada xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, sorğularına aydınlıq gətirən, imta­hana hazırlaşmalarına fayda verə bilən ən zəruri ma­teriallar əksini tapıb.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları 7 istiqamətə bölünür:

1. Təsviri sənət

2. Musiqi sənəti

3. Memarlıq

4. Teatr, kino və xoreoqrafiya sənəti