Müğənni Rüfət Axundov və Rəşad İlyasov məhkəməyə gəlmədi


Digərləri 19 Apr 2019 18:59:00 234 0

Müğənni Rüfət Axundov və Rəşad İlyasov məhkəməyə gəlmədi

Yasamal Rayon Məhkəməsində "Space" televiziyasının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə müğənnilər iştirak etməyib. Prosesdə müğənnilərin və şikayətçi tərəfin vəkilləri iştirak edib.

Proses mayın 1-də davam edəcək.