6 il öncə evinə basqın edilən idarə rəisi işdən çıxarıldı


Digərləri 19 Apr 2019 17:39:00 186 0

6 il öncə evinə basqın edilən idarə rəisi işdən çıxarıldı

Maliyyə Nazirliyinin Sabirabad rayon Maliyyə İdarəsinin rəhbəri Hüseynağa  Gülüşov işdən azad olunub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, idarənin rəhbəri ötən gün vəzifəsindən çıxarılıb.  

Belə ki, Maliyyə Nazirliyi  tərəfindən idarədə yoxlamalar aparılıb və nöqsanlar aşkarlanıb. Buna görə də sədr işdən azad olunub.

Məsələ ilə bağlı sözügedən sayta açıqlama verən nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib ki, Hüseynağa Gülüşov dövlət qulluğu olmanın yaş həddini doldurduğuna görə öz arzusu ilə dövlət qulluqçusu vəzifəsinə xitam verilib.