Milli Gimnastika Arenasında “AGF Junior Trophy” turniri iştirakçılarının podium məşqləri keçirilir (FOTOREPORTAJ)


Digərləri 19 Apr 2019 17:29:12 165 0

Milli Gimnastika Arenasında “AGF Junior Trophy” turniri iştirakçılarının podium məşqləri keçirilir (FOTOREPORTAJ)

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci “AGF Junior Trophy” beynəlxalq turnirində iştirak edəcək gimnastların podium məşqləri keçirilir.

Bakı. Cani Babayeva - Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci “AGF Junior Trophy” beynəlxalq turnirində iştirak edəcək gimnastların podium məşqləri keçirilir. Qeyd edək ki, 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri baş tutacaq. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edəcək. Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edəcəklər. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar. İki gün davam edəcək yarışlarda qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.