AZAL və “PASHA Travel” razılığa gəlib


Digərləri 19 Apr 2019 16:57:00 213 0

AZAL və “PASHA Travel” razılığa gəlib

Bu günlərdə "Azərbaycan Hava Yolları"nın Ər-Riyadda keçirilmiş "Azərbaycan şahinin gözü ilə" təqdimatı ərəb ölkələrinin vətəndaşlarının və turoperatorlarının böyük marağına səbəb olmuşdur.

"Azərbaycan Hava Yolları" QSC və "PASHA Travel"ın mətbuat xidmətlərindən Son.az-a verilən məlumata görə, bu böyük tədbirin ilk nəticəsi kimi AZAL 2019-cu il yay uçuş cədvəli çərçivəsində Səudiyyə Ərəbistanına bir sıra çarter layihələri üzrə ölkəmizin aparıcı turoperatoru "PASHA Travel" ilə tərəfdaşlığını elan etməyə şaddır.

"PASHA Travel" təqdimatda bəyan edilən altı istiqamətdən üçünə 2019-cu ildə çarter reysləri yerinə yetirəcək:

Bakı -Dammam- Bakı - cümə günləri (iyunun 7-dən etibarən);

Bakı- Ər-Riyad- Bakı - bazar ertəsi günləri (iyunun 10-dan etibarən); Bakı-Əl-Xufuf-Bakı - bazar günləri (iyunun 9-dan etibarən);