AZAL və “PASHA Travel” Səudiyyə Ərəbistanının 3 şəhərinə çarter reysləri yerinə yetirəcək


Digərləri 19 Apr 2019 16:38:33 167 0

AZAL və “PASHA Travel” Səudiyyə Ərəbistanının 3 şəhərinə çarter reysləri yerinə yetirəcək

AZAL və “PASHA Travel” Səudiyyə Ərəbistanının üç şəhərinə çarter reyslərinin yerinə yetirilməsi barədə razılığa gəlib.

Bakı. Bu günlərdə “Azərbaycan Hava Yolları”nın Ər-Riyadda keçirilmiş “Azərbaycan şahinin gözü ilə” təqdimatı ərəb ölkələrinin vətəndaşlarının və turoperatorlarının böyük marağına səbəb olub. “Azərbaycan Hava Yolları” QSC və “PASHA Travel”ın mətbuat xidmətlərindən Trend-ə verilən məlumata görə, bu böyük tədbirin ilk nəticəsi kimi AZAL 2019-cu il yay uçuş cədvəli çərçivəsində Səudiyyə Ərəbistanına bir sıra çarter layihələri üzrə ölkəmizin aparıcı turoperatoru “PASHA Travel” ilə tərəfdaşlığını elan etməyə şaddır. “PASHA Travel” təqdimatda bəyan edilən altı istiqamətdən üçünə 2019-cu ildə çarter reysləri yerinə yetirəcək: Bakı -Dammam- Bakı – cümə günləri (iyunun 7-dən etibarən); Bakı- Ər-Riyad- Bakı – bazar ertəsi günləri (iyunun 10-dan etibarən); Bakı-Əl-Xufuf-Bakı – bazar günləri (iyunun 9-dan etibarən);