Dövlət Gömrük Komitəsinin sədri İranın sənaye, mədən və ticarət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb


Digərləri 19 Apr 2019 16:11:39 176 0

Dövlət Gömrük Komitəsinin sədri İranın sənaye, mədən və ticarət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Rza Rəhmaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bakı. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Rza Rəhmaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, görüşdə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə də iştirak edib. S.Mehdiyev iki qonşu ölkə arasındakı əlaqələrdən söhbət açıb, Azərbaycan-İran münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. Komitə sədri Azərbaycan-İran münasibətlərinin son illər səmərəli və işgüzar əməkdaşlıq müstəvisində inkişaf etdiyini, iqtisadi münasibətlərin gücləndiyini, ticarət dövriyyəsinin artdığını bildirib. Qeyd olunub ki, hər iki ölkənin strateji baxımdan beynəlxalq ticarət marşrutları üzərində yerləşməsi əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə təkan verir. Qarşılıqlı münasibətlərin uğurlu inkişafından bəhs edən komitə sədri gömrük xidmətlərinin də bu istiqamətdə təqdirəlayiq fəaliyyət göstərdiyini vurğulayıb.