BakıSumqayıt elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir


Digərləri 19 Apr 2019 16:04:00 193 0

BakıSumqayıt elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Son.az-a verilən məlumata görə, sərnişinlərin istək və təkliflərini nəzərə alaraq 22 aprel 2019-cu ildən etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir.

Belə ki, gün ərzində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən qatarların sayı 13 cütdən 14 cütə çatdırılıb.