Orqan alverçisinin məhkəməsində zərərçəkmiş: Böyrəyimi 40 minə dedim, 12 minə razılaşdıq


Digərləri 19 Apr 2019 15:54:00 157 0

Orqan alverçisinin məhkəməsində zərərçəkmiş: Böyrəyimi 40 minə dedim, 12 minə razılaşdıq

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində orqan alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatım görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində ifadə verən Səid Ağayev bildirib ki, banka 3 min manat borcu olduğu üçün böyrəyini 12 min manata satmağa razılaşıb: "2015-ci ildə Sahib və Pirəli ilə Tehrana gedib analiz verdik. Daha sonra Bakıya qayıtdıq, əməliyyat üçün Gürcüstana getdik. Hava limanında görüşdük, lakin qorxdum, fikrimdən daşındım və Bakıya geri qayıtdım". Digər zərərçəkən Şakir Nağıyev isə deyib ki, Sahib adlı şəxsin əmisi nəvəsi Pirəliyə böyrək lazım olub, ehtiyac üzündən ona böyrəyini 17 min dollara satıb: "Gürcüstanda əməliyyat olundum, pulu da aldım. Heç bir şikayət və tələbim yoxdur". Zərərçəkmiş Rüstəm Ramazanov isə deyib ki, əvvəl Salyanda internatda qalıb: "Direktorun qorxunc əməllərinə görə, oradan çıxdım və maddi vəziyyətim çox pis olduğu üçün böyrəyimi satışa çıxardım. Bir müddət sonra Sahib müəllim zəng elədi. Onunla Bakıda görüşdüm. Ona böyrəyimi 40 min manata dedim, 12 min manata razılaşdıq. Daha sonra İranda müayinədən keçdim və Tacikistanda əməliyyat olundum. Qayıdandan sonra Sahib müəllim pulumu verdi. Şikayət və tələbim yoxdur".