"Günah müğənnilərdədir, böyük danışırdılar, indi cavab versinlər"


Şou-biznes 19 Apr 2019 15:19:00 230 0

"Günah müğənnilərdədir, böyük danışırdılar, indi cavab versinlər"

Aparıcı Rövşanə Ağasəfqızı müğənnilərin tənqidlərə məruz qalmasına münasibət bildirib.

Son.az axşam.az-a istinadən bildirir ki, "Səhər-səhər" verilişinə qonaq olan aparıcı sənət adamlarını tənqid edib.

Proqramda sosial şəbəkədə ifaçıların çox tənqid edilməsi mövzusu müzakirə olunub. Rövşanə isə bu şəraiti ifaçıların özlərinin yaratdığını bildirib:

"Bütün günah müğənnilərin özündədir. Zamanında özlərini elə tanıtdılar ki... Qadağalar götürüldü, müğənnilər efirlərə axışdı. İnstaqram, digər sosial şəbəkələrə başladılar. Başladılar böyük-böyük danışmağa. Elə bildilər ki, elə hər gün toya gedəcəklər, insanlar 8-10 müğənnini birdən məclisə dəvət edəcək. Bunlara 20-15 min verəcəklər. Belə-belə xalqın içində onlara qarşı kin yarandı.