Krylya Sovetov azərbaycanlı futbolçunun şikayəti əsasında cəzalana bilər


İdman 19 Apr 2019 14:39:00 232 0

Krylya Sovetov azərbaycanlı futbolçunun şikayəti əsasında cəzalana bilər

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Krylya Sovetov komandası sabiq baş məşqçisi Andrey Tixonov və keçmiş futbolçularına olan borcunu ödəməyib. 

Goal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə 49 yaşlı mütəxəssisin özü məlumat verib. 

Rusiya Futbol İttifaqı (RFİ) Tixonovla müqavilə ləğv edildikdən sonra ona ödəniləcək təzminatı gecikdirdiyinə görə faiz borclarını həll etməsi üçün Samara təmsilçisinə aprelin 17-dək vaxt verib. Klub isə qarşıya qoyulan şərtləri yerinə yetirməyib və buna görə komandanın yeni oyunçuları qeydiyyatdan keçirməsinə qoyulmuş qadağa uzadılıb. 

RFİ Mübahisələrin həlli Palatası Krylya Sovetov-un sabiq futbolçuları - Danil Klyonkin və əslən azərbaycanlı Azər Əliyevin şikayətlərini də nəzərdən keçirir. 

Mayın əvvəlində klub növbəti mövsüm üçün lisenziyalaşdırma prosedurundan keçməyə başlayacaq və bütün bunlar kluba problemlər yarada bilər.

Qeyd edək ki, Andrey Tixonov 2017-ci ildə Krylya Sovetov-un baş məşqçisi olub və komandanı Premyer Liqaya yüksəldib. Hazırda Ufa-da çıxış edən Azər Əliyev isə 2017-2018 mövsümündə bu komandanın formasını geyinib.