İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alındı


Kriminal 19 Apr 2019 14:19:00 218 0

İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alındı

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Son.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən həbs edilmiş Rzayev Rəşad Abasağa oğlu müəssisəyə qəbul olunarkən üzərinə və əşyalarına baxış keçirilən zaman idman çantasının içərisində olan şalvarın cibində xüsusi üsulla gizlədilmiş bükülüldə 2,228 qram narkotik maddə - "heroin" aşkar edilib.