DİM buraxılış imtahanlarında iştirak edən şagirdlərə müraciət etdi


Digərləri 19 Apr 2019 14:18:35 169 0

DİM buraxılış imtahanlarında iştirak edən şagirdlərə müraciət etdi

IX sinifdə təhsil alan şagirdlər üçün buraxılış imtahanı “Tədris dili”, “Riyaziyyat” və “Xarici dil” fənlərindən olmaqla iki mərhələdə keçirilir.

Bakı. Məlum olduğu kimi, IX sinifdə təhsil alan şagirdlər üçün buraxılış imtahanı “Tədris dili”, “Riyaziyyat” və “Xarici dil” fənlərindən olmaqla iki mərhələdə keçirilir. Birinci mərhələdə şagirdlərə 45 , ikinci mərhələdə isə 90 test tapşırığı təqdim edilir. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, buraxılış imtahanının nəticələri hər fənn üzrə 100 ballıq qiymət şkalası ilə qiymətləndirilir. İmtahanın birinci mərhələsində şagirdlər hər fənn üzrə maksimal olaraq 30, ikinci mərhələdə isə 70 bal toplaya bilərlər. Yəni şagirdlər attestatına 100 ballıq qiymət şkalası ilə yazılacaq balın 30 faizini imtahanın birinci mərhələsindən, 70 faizini isə imtahanın ikinci mərhələsindən toplaya bilərlər. Əgər şagird hər hansı buraxılış imtahanı fənni üzrə imtahanın birinci mərhələsindən 20, ikinci mərhələsindən isə 60 bal toplayıbsa, deməli, onun attestatına həmin fənn üzrə 80 bal yazılacaq.