Baş prokuror Ucarda vətəndaşları qəbul edib


Digərləri 19 Apr 2019 14:07:00 268 0

Baş prokuror Ucarda vətəndaşları qəbul edib

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Bakı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılmaqla vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür. Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Zakir Qaralov aprelin 19-da Ucar rayon prokurorluğunun inzibati binasında Ucar, Ağdaş və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Baş prokuror və Ucar rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.