Bakıda əxlaqsız qadın uşaqlarının başına oyun açdı


Kriminal 19 Apr 2019 13:54:00 200 0

Bakıda əxlaqsız qadın uşaqlarının başına oyun açdı

Bakının Keşlə kəndində valideynlər tərəfindən atılmış üç uşaq tapılıb.

Son.az buta.media-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə insan hüquqları müdafiəçisi Kamala Ağazadə bildirib.

Bir neçə gün öncə, anasının uşaqlarına qarşı olan laqeyidlikdən qonşular dözməyib polisə şikayət ediblər. Qadın bütün gün, hətta gecə iki ikiyaşlı və üç yaşlı oğlan uşağını, 10 yaşlı bacılarına tapşırmış. Onların acından ölməməsi üçün qonşualr uşaqlara qida veriblər.

Bununla bağlı Kəmalə Ağazadə Nizami rayonu icra Hakimiyyətinə müraciət edib.

"Komissiya yaradılıb, ekspertlər polislə birdə hadisə yerinə gediblər. İcra şöbəsinin nümayəndələri akt tərtib edib, uşaqları götürüb, sığınacağa gətiriblər.", deyə Ağazadə bildirib.