"Yeni nəsil dəvət edir" layihəsi uğurla davam edir


Kriminal 19 Apr 2019 13:34:00 204 0

"Yeni nəsil dəvət edir" layihəsi uğurla davam edir

Beynəlxalq Muğam Mərkəzində "Yeni nəsil dəvət edir" layihəsi uğurla davam edir.

Son.az xəbər verir ki, aprelin 17-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" fakültəsinin  "Xalq çalğı alətləri ifaçılığı" kafedrası tələbələrinin konsert proqramı təqdim edilib.

Tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  birgə "Yeni nəsil dəvət edir" layihəsi çərçivəsində  həyata  keçirilib.

Konsert Xalq artisti, professor Zamiq Əliyevin bədii rəhbərliyi altında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətləri ansamblının "Bayatı-Şiraz" dəramətinin ifası ilə başlanıb.

Sonra universitetin tələbələrinin ifasında S.Əliyevanın "Ana", H.Rzayevin "Cahargah rapsodiyası", V.Adıgözəlovun "Şuşam laylay", "Laylay", C.Cahangirovun "Qəzəl", A.Bəbirovun "Konsert"pyes, S.Kəriminin "Ömrümün istəyi", D.Dadaşovun "Çinarənin sevinci", F.Kreyslerin "Məhəbbət sevinci", A.Piazollanın "Ave Mariya" əsərləri səslənib.


Xəbərə aid fotolar