17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq


Digərləri 19 Apr 2019 13:24:00 257 0

17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq

17 yaşlı azərbaycanlı şagirdin Sabancı Universitetindən 56 min dollar təqaüd qazanması sosial şəbəkələrdə maraqla qarşılanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu günə kimi informasiya texnologiyaları sahəsində uğurları ilə mətbuatda adından söz açdıran Yasin Quliyev dünyanın bir çox nüfuzlu universitetlərində (University of Massachusetts Boston, University of South Florida, Illinois State University, Bahçeşehir Unveristesi) tam burs qazanıb.

Ancaq onun seçimi Sabancı Universiteti olub. Belə ki, Yasin bundan sonra təhsilini "Kompüter Mühəndisliyi" bölümündə davam etdirəcək.