Ekspert: AXCP və Müsavat yeni siyasi partiya ifraz etmək gücünü də tam itirdikləri üçün intriqalar burulğanına düşüblər


Digərləri 19 Apr 2019 13:09:00 234 0

Ekspert: AXCP və Müsavat yeni siyasi partiya ifraz etmək gücünü də tam itirdikləri üçün intriqalar burulğanına düşüblər

Bu gün ölkədə fəaliyyət göstərən radikal müxalifət partiyalarının dərin tənəzzülə uğradığı heç kimə sirr deyil.

Bakı. Samir Əli – Bu gün ölkədə fəaliyyət göstərən radikal müxalifət partiyalarının dərin tənəzzülə uğradığı heç kimə sirr deyil. Bunu Trend-ə açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. Onun sözlərinə görə, bunun əlamətlərindən biri də həmin partiyalar tərəfindən üzvlər üçün saxta mühacirət sənədlərinin hazırlandığını sübut edən faktların artmasıdır: “Bu partiyaların mərkəzi qərargahlarında qalmış beş-üç nəfər saxta sənəd düzəltməyi həm özləri üçün gəlir mənbəyinə çevirir, həm guya Azərbaycanda onların təqiblərə məruz qalması görüntüsünü yaradır, həm də müəyyən beynəlxalq dairələrin diqqətini Azərbaycan hakimiyyətinin üzərinə çəkmək istəyirlər. Bu günlərdə hətta Almaniyada saxta mühacirət sənədləri ilə gəlmiş bir neçə şəxsə qarşı cinayət işi açılması, bəzilərinin ölkədən deportasiya edilməsi xəbərlərinin yayılması təsadüf deyil. Bu faktlar radikal partiyaların - Müsavat, AXCP və digərlərinin cəmiyyətdən və xaricdən hər cür dəstək vasitələrini itirdiklərinə əyani sübutdur. Saxta mühacirət sənədlərinin satılması onların iflasının son görüntüsüdür”. A.Quliyev qeyd edib ki, 1992-1993-cü illərdə hakimiyyətdə olmuş və iflasa uğramış Azərbaycan Xalq Cəbhəsi ilə birbaşa bağlı olan və özünü onun varisləri sayan siyasi partiyalar indi tənəzzülün son mərhələsini böyük sürətlə keçirməkdədir: