Bakıda “ərəb” ləqəbli narkotacir saxlanılıb


Digərləri 19 Apr 2019 12:59:13 192 0

Bakıda “ərəb” ləqəbli narkotacir saxlanılıb

Səbail Rayon Polis İdarəsi (RPİ) və 8-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.

Bakı. Səbail Rayon Polis İdarəsi (RPİ) və 8-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daxil olan məlumat əsasında Bakı şəhər sakini əvvələr dəfələrlə məhkum olunan Telman Mirzəyev polis tərəfindən saxlanılıb. Onun əlində olan bağlamaya baxış keçirilən zaman narkotik vasitələr olan 1 kiloqram 2 qram heroin, 6 kiloqram 520 qram marixuana və 50,315 qram tiryək aşkar olunaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə əldə edib. T.Mirzəyev ifadəsində narkotik vasitəni əldə etdiyi şəxslə bir neçə il əvvəl cəzaçəkmə müəssisəsində tanış olduğunu bildirib.