Kasıbçılıqdı, Mirzə... YUNUS OĞUZ yazır


Digərləri 19 Apr 2019 12:35:00 202 0

Kasıbçılıqdı, Mirzə... YUNUS OĞUZ yazır

Yunus Oğuz Felyeton

Rayona xəstə yanına getmişdim. Xəstə haqqında sonda danışacam. Maşallah, dövlətimiz demək olar ki, hər rayonda bir ətək pul xərcləyib Diaqnostika Mərkəzi tikdirib. Daha bir ətək də puldan keçib o mərkəzlərə xarici avadanlıqlar alıb. Binalar gözəl-göyçək, işıqlı- xəstəyə "gəl-get" deyirlər. Nöşün ki, bu qədər para xərclənən yerlərdə çox vaxt mütəxəssis çatışmır. Həkimlər (əgər bəzilərinə həkim demək mümkündürsə) hər on nəfərdən səkkizinə deyirlər ki, xəstəni apar Bakıya, əgər onun ölümünü istəmirsənsə. Həkimlər rayonlarda müalicə etməkdən qorxurlar. Özlərinə güvənmirlər, ya nədir bilmirəm. Birdən xəstəyə bir şey olar, düşərlər müalicə edən həkimlə Baş həkimin üstünə. Nazirlik də bunlara ya töhmət verər, ya işdən qovar, dar ayaqda lap dərisini soyar, qanı axa-axa düşərlər küçələrə, xəstə yaddan çıxar, qanı axanın dalınca qaçarlar... Nə isə söhbətin məğzi bu deyil, bunu yeri gəlmişkən yazdım.

Getdim baş həkimin yanına. Qabaqcadan gəlişimi bildiyindən məni xoş qarşıladı. Təvazökarlıqdan uzaq olsa da rayonlarda Mirzə bəndənizi yaxşı tanıyırlar. Xoş-beşdən, bir qurtum çay içəndən sonra soruşdum:

Nə var, nə yox, yerli?

Həkimin gözərini kədər, sifətini qara rəng bürüdü. Ağxalatlılarda bu daha tez seçilir. Kimsə qara paltar geyinəndə, başına qara kepka qoyanda bu, o qədər də hiss olunmur. Ətrafına elə baxdı ki, sanki bizdən başqa kimsə bu söhbətə qulaq asır. Güclə eşidiləcək səslə pıçıldadı:

Kasıbçılıqdı, Mirzə!

Niyəsini soruşmadım. Fikirləşdim ki, bu boyda rayonun bütün ağır daşlarını çiynində daşıyır. Rayonun bütün orta çəkili məmurları ona ağız açır. Burda da hamı bir-birinə qohumdur. Gəl bunun altından çıx. Odur ki, baş həkim islahatlar dövründən hələ çox-çox qabaq işinə kreativ yanaşma tətbiq edib. Rayon "qırmızı xəttdən" o yana keçməsin deyə, bütün imkanlı adamların xəstəsini göndərir Bakıya. Yerdə qalır kasıb-kusub.  Onlardan da alası bir şey yoxdur. Ona görə kasıbçılıqdır. Kasıbın yanında kasıbçılıq olar da...

Bu zaman telefon zəng çaldı. Bu, rayonda işləyən köhnə məmur dostum idi. Zarafat deyil e, - qırx ildir dostluq edirik. Ona da gedəndə zəng etmişdim. Düşünmüşdüm, çoxdan görmürəm, bir hal-əhval tutum.

Dedi, xəstəxananın həyətində səni gözləyirəm. Guya xəstəyə dəyməyə gəlmişəm. Hələ görmədiyim xəstəni baş həkimə tapşırıb düşdüm həyətə.

Öpüşüb görüşdükdən sonra, baxdım ki, dostumun da qanı qaradır. Düşündüm, insandır da, sosial problemi var, ailə dərdi ola bilər. Amma, ilk dəfə görüşdüyümüz adamla, yalnız bizə xas olan tərzdə soruşdum:

Nə var, nə yox, müəllim?

Gözləmədiyim cavabı verdi:

Kasıbçılıqdı, Mirzə.

O, bu sözləri deyəndə sifətinin rənginə baxdım. Bunun da sifəti qara rəngə çalırdı. Gözləri qayğılı idi. Atmacamdan qalmadım:

Nədi çax-çux yoxdur, yoxsa maaş almırsan?

Dostumun dərdi açıldı: