Lüks sinifinin yeni flaqmanlari BMW x7 və BMW 7ci seriya avtomobillərinin təntənəli təqdimatı oldu


Digərləri 19 Apr 2019 12:20:00 266 0

Lüks sinifinin yeni flaqmanlari BMW x7 və BMW 7ci seriya avtomobillərinin təntənəli təqdimatı oldu

18 aprel tarixində BMW avtomobillərinin Azərbaycandakı rəsmi idxalçısı "Improtex Motors" şirkəti "Elektra Hall"da  yeni flaqman BMW X7 krossoverinin təqdimatını keçirtdi. BMW X7 cəlbedici xarici görünüşü, eksklüzivliyini özündə birləşdirən, Sports Activity Vehicle (SAV) seqmentinə xas idman idarəetməsi və universallığı olan ilk avtomobildir. BMW X xəttində ən iri model olaraq, yüksək səviyyəli işləmə və innovativ təchizat elementlərinə malik olan həcmli interyeri sayəsində, premial avtomobillər seqmentinə yeni məkan hissi anlayışı daxil edir. Ən müasir mühərriklər, ötürücü və asqı sistemləri yeni BMW X7-ni yolsuzluqda ən yüksək səviyyəli istismar xüsusiyyətləri ilə təchiz edir, habelə, sərt örtüklü yollarda qüsursuz rahatlığı və mükəmməl idarəetməni təmin edir. 

Uzunluğu 5151 mm, eni 2000 mm, hündürlüyü 1805 mm, habelə təkər bazası 3105 mm olmaqla, yeni BMW X7 həmahəng ölçülərə malikdir və birmənalı olaraq özünü BMW X ailəsinin yeni flaqmanı kimi təqdim edir. Misilsiz böyük radiator barmaqlıqları olan relyefli ön hissə avtomobilin görünüşünə mübahisəsiz əzəmət hissi bəxş edir. BMW X7 işıq diodlu qabaq işıq faraları ilə artıq standart komplektasiyada təchiz edilir, onun funksiyası kimi isə BMW Laserlight sistemi mövcuddur ki, bu sistem yolu 600 m məsafədə işıqlandıra bilər. Avtomobil profilinin fərqləndirici xüsusiyyətləri iri pəncərələr, böyük klirens və uzun dam xəttidir. Üfüqi xətlər, nazik işıq diodlu fənərlər və iki yerə bölünən yük yeri qapısı yeni modelin müasir görünüşünü tamamlayır. 

Baza komplektasiyasında üçüncü oturacaq sırasının mövcudluğu BMW X7 avtomobilinə, eyni zamanda, avtomobildə 7 nəfərə qədər adam daşımaq imkanı verir. Üçüncü sıradakı iki sərnişin dirsək altısı, stəkan üçün yeri və fərdi mobil qurğuların qoşulması üçün nəzərdə tutulmuş USB taxmaq üçün yeri olan tam ölçülü oturacaqlarda maksimal dərəcədə rahat şəkildə yerləşə biləcəklər. Bütün oturacaqlarda elektron tənzimləmə mövcuddur. Zərurət yarandıqda, onları yığaraq, yük yerini baza həcmi 326 litrdən 2120 litrədək artırmaq olar. 

Dünyada satılmağa başladığı anda yeni BMW X7 üçün aşağıdakı seçim üzrə 4 mühərrik mövcud olacaq: BMW X7 xDrive50i versiyasında 462 at gücünə malik V8 benzin mühərriyi, BMW X7 xDrive40i versiyasında 340 at gücünə malik altı silindrli sıralı benzin mühərriyi və iki ədəd, BMW X7 xDrive30d versiyasında 265 at gücünə malik və BMW X7 M50d versiyasında 400 at gücünə malik altı silindrli dizel mühərriyi.

Tədbir zamanı təqdim olunan yeni BMW 7-ci Seriya ən müasir texniki naliyətlər, sükan arxasında maksimum həzz və rahatlığa zamanət verir. Yeni BMW 7-ci Seriya səthi 40% artırılmış radiator barmaqlığı ilə yanaşı yeni kapota sahib olub. Ön tərəfin yeni dizaynı sayəsində avtomobilin kapotu 50 mm hündürdə yerləşir. Bundan başqa, 7-ci Seriya yeni ön və arxa fənərlərə sahib olub, arxa fənərlər işıqlanan zolaq vasitəsi ilə vizual olaraq birləşirlər.

Sələfi ilə müqayisədə yenilənmiş sedan 22 millimetr uzundur. Avtomobilin eni və hündürlüyü dəyişməyib. Bundan başqa, sedan yeni rəng çeşidlərinə, təkər disklərinə və eksteryerin müxtəlif tərtibat dəstlərinə sahibdir.


Xəbərə aid fotolar