Vətəndaşların qaz və işıq problemlərinin həlli ilə bağlı İşçi Qrup yaradıldı


Digərləri 19 Apr 2019 12:27:00 269 0

Vətəndaşların qaz və işıq problemlərinin həlli ilə bağlı İşçi Qrup yaradıldı

Vətəndaşların qaz və elektrik enerjisi təchizatı üzrə şikayətlərinin araşdırılması və problemlərin operativ həlli ilə bağlı Energetika Nazirliyində "Azəriqaz" İB, "Azərişıq" ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.

Son.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, energetika naziri Pərviz Şahbazov əhalidən daxil olan müraciətlərin və qaldırılan məsələlərin həllinin nazirliyin nəzarətində olduğunu, bu istiqamətdə ümumi fəaliyyətin gücləndirilməsinin zəruriliyini bildirib.

Nazirin müvafiq əmri ilə təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə energetika nazirinin müavini Elnur Soltanovun rəhbərliyi ilə "Azəriqaz" İB, "Azərişıq" ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin və nazirliyin struktur bölmələrinin nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb.