Obyektlərin elektrik şəbəkəyə qoşulması ilə bağlı SON YENİLİKLƏR açıqlanıb


Digərləri 19 Apr 2019 12:04:00 201 0

Obyektlərin elektrik şəbəkəyə qoşulması ilə bağlı SON YENİLİKLƏR açıqlanıb

Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Azərişıq” ASC-nin sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı həyata keçirilən islahatlar və elektron müraciətlərin təkmilləşdirilməsi ilə bağlı görülən işlərə dair mətbuat konfransı keçirilib.

Bakı. Samir Əli - Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Azərişıq” ASC-nin sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı həyata keçirilən islahatlar və elektron müraciətlərin təkmilləşdirilməsi ilə bağlı görülən işlərə dair mətbuat konfransı keçirilib. Trend-in məlumatına görə, Mərkəzin analitiki Nərmin Kazımlı bildirib ki, ölkədə biznes və investisiya mühitinin əlverişliliyinin artırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması üçün sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması istiqamətində ciddi islahatlar aparılır.