Nazirlik: İşəgötürən normal əmək və istirahət rejiminə riayət edilməsini təşkil etməlidir


Digərləri 19 Apr 2019 11:49:00 236 0

Nazirlik: İşəgötürən normal əmək və istirahət rejiminə riayət edilməsini təşkil etməlidir

"Təhlükəsiz və sağlam əmək şəraitdə işləmək işçinin əsas hüquqlarından biridir. İşəgötürənin bu sahədə əsas vəzifələrindən biri əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl olunmasını təmin etməkdir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Ucar rayonunda "Əməyin mühafizəsi, normaları, qaydaları və prinsipləri" və "Qeyri-rəsmi məşğulluğun qarşısının alınması" mövzularında keçirdiyi maarifləndirmə tədbirində vurğulanıb.

Xidmətin Ucar, Ağdaş, Zərdab rayonlarını əhatə edən 15 nömrəli region üzrə Dövlət Əmək Müfəttişliyinin xidməti ərazisindəki ayrı-ayrı işəgötürənlərin və işçilərin iştirakı ilə keçirilən tədbirdə əməyin mühafizəsi sahəsində işəgötürənlərin qarşısında duran vəzifələr diqqətə çatdırılıb. Vurğulanıb ki, əməyin mühafizəsinin əsas prinsiplərindən biri işçinin həyat və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulmasıdır. Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər. Onlar normal əmək və istirahət rejiminə riayət edilməsini, işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini və s. təşkil etməlidirlər.


Xəbərə aid fotolar