BP “Azəri-Çıraq-Günəşli” blokunun platformalarının birində işi dayandırdı


Digərləri 19 Apr 2019 11:36:00 207 0

BP “Azəri-Çıraq-Günəşli” blokunun platformalarının birində işi dayandırdı

“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun operatoru BP şirkəti profilaktika işləri ilə əlaqədar “Mərkəzi Azəri” platformasında hasilatı dayandırıb

Bakı. Sara İsrafilbəyova - “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun operatoru BP şirkəti profilaktika işləri ilə əlaqədar “Mərkəzi Azəri” platformasında hasilatı dayandırıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı deyib. Onun sözlərinə görə, platformanın işi aprelin 15-dən dayandırılıb. Profilaktika işləri iki həftə davam edəcək.